DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq

1 dəqiqəyə oxunur

Şərti Azərbaycan-Ermənistan sərhədində gömrük məntəqəsi təchiz ediləcək. 

Arazmedia.az xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin komandanı Andrey Volkov açıqlayıb. 

Volkovun sözlərinə görə, Rusiya ilə razılaşdırma əsasında Azərbaycan tərəfi Laçın dəhlizində mini-gömrük postu quraşdıracaq: “Azərbaycan tərəfi ilə razılaşmışıq ki, mini gömrük postu quraq”. 

Qeyd edək ki, sözügedən gömrük postu Laçın dəhlizindəki 1 nömrəli  buraxılış məntəqəsində, yəni şərti Azərbaycan-Ermənistan sərhədində yerləşən Həkəri çayı üzərində quraşdırılacaq. 

Müvafiq olaraq, Volkovun göstərdiyi gömrük məntəqəsi Azərbaycanın müvafiq dövlət strukturlarına tabe olacaq.