Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Arazmedia.az-a verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır: 1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində; 2. Binəqədi şosesi, Azadlıq Prospekti m/st istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. 20 Yanvar dairəsində; 6. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində; 7. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində; 8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 10. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində; 11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər); 13. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində; 14. Ağa Nemətulla küçəsi, Nəriman Nərimanov m/st istiqamətində; 15. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 16. Zərifə Əliyeva küçəsində; 17. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində; 18. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Share