![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/11/1669350823._111715533_a6ae6939-5b02-4ee0-992f-90da30d1291e.jpg?resize=700%2C500&ssl=1)
Çin həkimləri son sutka ərzində 32 943 yeni koronavirusa yoluxma halı aşkar ediblər ki, bu da əvvəlki günlə müqayisədə 4 faiz çoxdur.
Arazmedia.az-ın məlumatına görə, bu barədə ölkənin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.
Məlumata əsasən, yeni yoluxma halları arasında 90,5 faiz asemptomatikdir. 29 840 asimptomatik xəstədən 186-sı xaricdən Çinə gəlib, qalanları isə ölkədə yoluxub.
Gün ərzində 3103 nəfərdə COVID-19- yoluxma faktı təsdiqlənib. Onlardan 62-si Çinə xaricdən gəlib.