![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/10/image_2022-10-24_144814111.png?resize=700%2C500&ssl=1)
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.
Bu barədə Arazmedia.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, işçilər təhlükəsiz şəkildə təxliyə olunub.
“Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir”, – deyə məlumatda qeyd olunub.