Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib. Arazmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub. İntiharın səbəbi hələlik müəyyən deyil. Faktla bağlı araşdırma aparılır. Share