DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Deputat Vətən müharibəsi qaziləri ilə görüşdü – Fotolar

1 dəqiqəyə oxunur

Milli Məclisin deputatı Aydın Hüseynov bir qrup qazilərlə görüşüb.

Arazmedia.az xəbər verir ki, bu barədə deputat özünün rəsmi “Facebook” hesabında paylaşım edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

Aydın Hüseynov:

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Mərdəkan Reabilitasiya Pansionatında müalicə alan Vətən Müharibəsi Qazisi, Ələt qəsəbə sakini, Qaradağlıların sevimlisi, Vətənpərvər gənc dostum Orxan Əsgərova baş çəkməyə getmişdim.
Orxanın Qazi dostları ilə – Cəlilabaddan Ülfətlə, Tovuzdan Şamillə görüşməyimdən qürür duydum.
Pansionatda müalicə alan digər pasientlərlə də söhbətimiz maraqlı keçdi. Hamı burdakı yüksək, rahat şəraitdən, həkim və xidmət heyyətindən çox razılıqla danışırdı.
Allahdan Qazilərimizə şəfa diləyirəm!
Müalicə alan digər əlillərə can sağlığı arzulayıram.
Pansionatın rəhbəri Səidə xanım başda olmaqla kollektivin bütün üzvlərinə var olasınız deyirəm.