ABŞ prezidenti Co Bayden COVID-19 pandemiyasının başa çatdığını elan edib.
Arazmedia.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.
“Pandemiya dövrü bitdi. Bizim hələ də COVID-lə bağlı problemimiz var, biz hələ də bu istiqamətdə işləyirik”, – deyə dövlət başçısı bildirib.
O, fikrini heç kimin maska taxmaması, “hər kəsin yəqin ki, yaxşı vəziyyətdə olması” ilə əlaqələndirib.