DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Bayden zəlzələnin baş verdiyi Əfqanıstana kömək əmri verdi

1 dəqiqəyə oxunur

ABŞ prezidenti Co Baydenin ən azı min nəfərin ölümü ilə nəticələnən 6,1 bal gücündə zəlzələdən sonra Əfqanıstana yardım edilməsi üçün əmr imzalayıb. 

Arazmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan verdiyi yazılı açıqlamada bildirib. 

O, açıqlamada, ən azı min insanın həyatını itirdiyi 6,1 bal gücündə zəlzələnin baş verdiyi Əfqanıstana ABŞ-ın başsağlığı dilədiyini bildirib və ABŞ prezidenti Co Baydenin Əfqanıstana yardım əmri verdiyini qeyd edib:

 “Prezident Bayden hadisələri izləyir”, – bəyanatda deyilir. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və digər federal hökumət tərəfdaşlarına ən çox zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın yardım variantlarını nəzərdən keçirməyi tapşırıb. Birləşmiş Ştatlar Əfqanıstana ən böyük humanitar donor olmaqdan qürur duyur və bizim tərəfdaşlarımız artıq tibbi yardım və sığınacaq ləvazimatları təqdim edirlər.

Biz bu dəhşətli faciə zamanı və ondan sonra Əfqanıstan xalqının ehtiyaclarına dəstəyimizi davam etdirmək əzmindəyik”-deyə Sullivan bildirib.