Bakıda qəza tıxaca səbəb olub.
Daxili İşlər Nazirliyindən Arazmedia.az-a verilən xəbərə görə, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində baş verib.
Yol kəsişməsindən üzü Ziya Bünyadov prospekti istiqamətindəki körpüdə baş verən hadisə səbəbindən tıxac yaranıb.
Hal-hazırda DYP əməkdaşları hərəkəti tənzimləyirlər.