Daxili İşlər Nazirliyi (DİN) universitet müəlliminin tələbələrə əxlaqsız təklif etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “Unikal”a açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
“Məsələ Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdır”,- deyə o əlavə edib.