Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII turdan təxirə salınmış oyun keçirilib.
Arazmedia.az xəbər verir ki, “Çelsi” səfərdə “Mançester Yunayted”lə qarşılaşıb. Görüş heç-heçə ilə yekunlaşıb – 1:1.
Hesabı 60-cı dəqiqədə qonaqlardan Markos Alonso açıb. Cəmi 2 dəqiqə sonra Kriştianu Ronaldu tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarını 66-ya çatdıran “zadəganlar” 3-cü pillədəki mövqeyini qoruyub. 55 xalı olan “qırmızı şeytanlar” isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 80 xalla “Mançester Siti” başçılıq edir.