DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Real Madrid” “Çelsi”yə qalib gəldi

1 dəqiqəyə oxunur

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Arazmedia.az xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçirilib.

Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi “Çelsi” ilə İspaniya “Real Madrid”i arasında baş tutub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində Kərim Benzema het-trik edib. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub.

Gecənin digər matçında Almaniya “Bavariya”sı İspaniyada turnirin sürpriz komandası “Vilyarreal”ın qonağı olub. Əvvəlki raundda İtaliya nəhəngi “Yuventus”u mübarizədən kənarlaşdıran La Liqa təmsilçisi növbəti sensasiyaya imza atıb. “Sarı sualtı qayıqlar” Arno Qrüneveldin vurduğu qolla Mü üznhen klubunu məğlub edib.

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.