![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/04/1644260720.1644260576_blinkenantony_091421pool_lead.jpg?resize=700%2C500&ssl=1)
ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.
Arazmedia.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.
“İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudioyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir”, – deyə Blinken qeyd edib.
Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.