DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

İlham Əliyev Gürcüstana səfərə dəvət edildi

1 dəqiqəyə oxunur

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfərə dəvət edilib.

Arazmedia.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.