Ankarada 3.7 bal gücündə zəlzələ olub. Arazmedia.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, tektonik hərəkətlər Çubuk bölgəsində qeydə alınıb. Təkanlar yerin 6.96 m dərinliyində müşahidə edilib. Share