İsrail ordusu Livandan ölkənin şimalına raket atıldığını açıqlayıb. Arazmedia.az xəbər verri ki, Livandakı Hizbullah təşkilatına yaxınlığı ilə tanınan əl-Əhbar qəzeti raketin Sur şəhərinin cənubundan atıldığını yazıb. İsrailin verdiyi açıqlamada “Livan ərazisindən ölkəmizin şimalına yeni raket atılıb. Raket açıq əraziyə düşüb”, – deyə qeyd olunub. Açıqlamada, atılan raket səbəbilə bölgədəki xəbərdarlıq sistemlərinin işə salınmadığı bildirilib. Share