Ankarada 3.7 bal gücündə zəlzələ olub.
Arazmedia.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, tektonik hərəkətlər Çubuk bölgəsində qeydə alınıb.
Təkanlar yerin 6.96 m dərinliyində müşahidə edilib.