Yaponiyada Ginnesin rekordlar kitabına əsasən dünyanın ən yaşlı sakini hesab olunan qadın vəfat edib. Arazmedia.az-ın məlumatına görə, Kane Tanaka 120 yaşında dünyasını dəyişib. Onun bu il yanvarın 2-də 119 yaşı tamam olmuşdu. 1903-cü ildə anadan olmuş K.Tanaka 1970-ci illərdə pensiyaya çıxana qədər mağazada satıcı işləyib. 2006-cı ildə, 103 yaşında o, xərçəng xəstəliyindən müalicə olunub. Share