DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Dünyanın ən yaxşı hava limanlarının adı AÇIQLANIB

1 dəqiqəyə oxunur

2023-cü ilin nəticələrinə əsasən Omandakı Maskat Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı hava limanı kimi tanınıb.

Arazmedia.az bu barədə AirHelp Inc-in sorğusuna istinadən xəbər verir. Bildirilir ki, Braziliyanın Recife/Guararapis Beynəlxalq Hava Limanı və Cənubi Afrikadakı Keyptaun Beynəlxalq Hava Limanı müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. Sorğu yanvarın 1-dən sentyabrın 30-dək olan təxminən 16 min sərnişin arasında keçirilib.  Dünya miqyasında məlumatlar bazasında 4000-dən çox hava limanı araşdırılıb.

Mütəxəssislər hər bir hava limanında uçuşların vaxtında yerinə yetirilməsini, həmçinin hava limanında naviqasiya, yemək və alış-veriş imkanları ilə bağlı müştərilərin rəylərini nəzərə alıblar.