DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiyanın desant gəmisi məhv edildi

1 dəqiqəyə oxunur

Müvəqqəti işğal olunmuş Berdyansk limanındakı Rusiyanın “Saratov” desant gəmisi birbaşa dənizdə döyüş üçün uyğunlaşdırılmayan silahlardan məhv edilib.

Arazmedia.az xarici  KİV-ə  istinadən xəbər verir ki, bu barədə ukraynalı general-mayoru Viktor Yaqun açıqlama yayıb. 

“Vəziyyət unikaldır, çünki heç kim heç vaxt gəmilərə qarşı belə bir silah sistemindən istifadə etməyib”, – o bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri bir neçə belə əməliyyat keçirib:

“Odessa yaxınlığında bir patrul gəmisini sahildən raket sistemləri ilə vurulması, katerə qarşı portativ zenit raket kompleksi istifadə etməyimiz və bu gəmiyə qarşı “Toçka-U”dan istifadə unikal vəziyyətlərdir. Dənizdə döyüş əməliyyatları üçün uyğunlaşdırılmayan silahların Ukrayna Silahlı Qüvvələri tərəfindən necə istifadə olunduğu təcrübəsi öyrənilə bilər”.