![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/03/1647580027.1603434739_121509713_976138989532271_7566011723925496720_n.jpg?resize=700%2C500&ssl=1)
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Arazmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.