DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukraynada AES-də YANĞIN – VİDEO

1 dəqiqəyə oxunur

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.

Arazmedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, – mer bildirib.
Qeyd edək ki, artıq yanğın lokallaşdırılıb.