DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

1 dəqiqəyə oxunur

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi “VAZ-21043” və Sənan Məhərrəmovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.