DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Beyləqanda narkotikin təsiri altında “BMW” sürən şəxs həbs edildi

1 dəqiqəyə oxunur

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsilə yol-hərəkəti qaydasını pozduğuna görə, Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb.

Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.