Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb.
Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi “VAZ-21043” və Sənan Məhərrəmovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunub.
Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.