DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bir gündə 40 mindən çox peyvənd vurulub

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 398 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1973, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 33 311, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2156 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 777 007, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 566 634, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 196 138 nəfər təşkil edir.