DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Peyvənd olunanların sayı AÇIQLANDI

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada 2 999 nəfər vaksinasiya olunub.

Bu barədə Arazmedia.az -a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 271 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 148-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 710 006, birinci doza peyvəndlərin ümumi sayı 5 346 173, ikinci doza vaksinlərin sayı 4 847 713 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 271 363, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 757 olub.