![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/01/8986694_a.jpg?resize=690%2C441&ssl=1)
Məktəblərdə qış tətili başlayır.
Arazmedia.az-ın məlumatına görə, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar tətil günləridir.
Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir.