![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/01/image_2022-01-28_115253.png?resize=600%2C400&ssl=1)
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.
Arazmedia.az xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.
Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.
Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.
Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.