DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

BNA həftəlik hesabatını AÇIQLADI

1 dəqiqəyə oxunur

2022-ci ilin ilk on günlüyündə paytaxtın nəqliyyat sistemində bir sıra layihələr icra edilib. Daxil olan vətəndaş müraciətləri eləcə də müvafiq təhlillərin nəticələri əsas götürülərək 9 müntəzəm marşrut xəttinin hərəkət sxemi optimallaşdırılıb. Bakınaxov qəsəbəsindən metronun “Q.Qarayev” stansiyası istiqamətində gediş-gəlişi asanlaşdırmaq məqsədilə bir yeni marşrut xətti təşkil edilib. 

BNA-dan Arazmedia.az-a verilən məlumata görə, 10 küçə və prospektdə səki boyunca dəmir məhəccər quraşdırılıb. Bir küçədə isə piyada səkiləri ideal formada tam təmir edilib. Nəticədə piyadaların hərəkət təhülkəsizliyi səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Piyada təhlükəsizliyi nəzərə alınaraq 12 küçə və prospektdə piyada zolaqları yenilənib. 4 yerdə isə yeni piyada keçidləri təşkil edilib. Nətciədə yol şəraiti yaxşılaşdırılıb, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin başvermə riski azalıb. 

Hesabat dövründə 25 küçə və prospektdə 120-ə yaxın yol nişanı quraşdırılıb. Yol iştirakçılarının rahat və təhlükəsiz hərəkəti təmin edilib. Yol nəqliyyat hadisələrinin başvermə riski azalıb.