DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

1 dəqiqəyə oxunur

Son sutkada Ukraynada Rusiyanın 530 canlı qüvvəsi zərərsizləşdirilib.

Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 76 460 hərbçisi məhv edilib.

Qeyd olunub ki, indiyədək Rusiya Silahlı Qüvvələrinin 2771 tankı, 5630 zirehli maşını, 1472 operativ-taktiki PUA-sı, 1782 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 təyyarəsi, 260 helikopteri, 4199 avtomobil və tankeri, 157 xüsusi texnikası məhv edilib.