DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Millət Vəkili seçicilərinin problemini dinlədi – FOTOLAR

1 dəqiqəyə oxunur

Millət Vəkili Məlahət İbrahimqızı seçicilərlə görüşərək onların problemləri ilə tanış olub.

Arazmedia.az xəbər verir ki, bu barədə Millət Vəkili özünün rəsmi “Facebook” hesabında paylaşım edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

Məlahət İbrahimqızı: Qazi Məclisimiz ( Milli Məclisimiz) qısa müddətli qış tətilində olsa da dəyərli seçicilərimizlə görüşməkdən və onlara xidmətdən çox məmnunuq. Seçildiyim Nəsimi rayonu 21-ci dairə üzrə məhəllə görüşlərində, bu ərazidə yerləşən təşkilatlarda çalışan sakinlərlə görüşür, şəhid və qazi ailələrini evlərində ziyarət edərək onların problemlərini öyrənir, onların suallarını cavablandırırıq. Qəhrəman Şəhidimiz, əziz Tarıverdiyev Nicatın qiymətli Anasını və nənəsini yaşadığı evdə ziyarət edərək görüşdüm.
240, 9, 54 saylı tam orta mktəblərdə məktəb rəhbərləri ilə görüşərək valideyin iclaslarında iştirak etməyimi bildirdim. Bugünlərdə 54 saylı tam orta məktəbdə I & II #Qarabağ savaşında ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinə hazırlanmış və həsr olunmuş kompozisiya ilə tanış oldum. Allah Şəhidlərimizə əbədiyyən rəhmət etsin. Azərbaycan xalqı var olduqca onların əziz xatirələri hər zaman yaşayacaqdır. #ŞəhidlərÖlməzVətənBölünməz

Arazmedia.az