DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

2021-ci il yeni mərhələnin başlanması ili kimi yadda qalacaq – MÜSAHİBƏ

11 dəqiqəyə oxunur

Arazmedia.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun yap.org.az-a verdiyi müsahibəni təqdim edir.

– Aydın müəllim, 2021-ci il başa çatmaqdadır, yola saldığımız ilin əsas sosial-iqtisadi hadisələrini necə qiymətləndirərdiniz?

– Cənab Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində Azərbaycan 2020-ci ildə üzləşdiyi ağır pandemiyanın mənfi təsirlərini artıq arxada qoymaqdadır, Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır. Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. 2021-ci ilin ötən 11 ayının makroiqtisadi inkişaf göstəricilərinə diqqət etsək görərik ki, artıq Azərbaycan iqtisadiyyatı bərpa olaunmaqla yeni inkişaf fazasına daxil olmaqdadır. Məlum olduğu 2020-ci ildə pandemiya bütün ölkələrdə iqtisadi artımı azaltmışdı və Azərbaycanda da ÜDM-in azalması baş vermiş, milli məhsul azalaraq 81 milyard manatdan 72,4 milyard manata düşmüşdü. Ancaq Azərbaycan hökuməti qısa bir zamanda, cəmi 1 il ərzində iqtisadi artımı əvvəlki tempə çatdırmağı bacardı və hətta 2021-ci maliyyə ilinin yekununda ÜDM-in artımının 2019-cu ildəki 81,6 milyard manatlıq dəyəri ötəcəyi gözlənilir. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dekabr ayındakı gözlənilən artımı da nəzərə alsaq cari ildə ÜDM istehsalı 87 milyard manatı ötmüş olacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan post-pandemiya dövründə ən yaxşı və yüksək artım əldə edən dövlətlərdən biridir. Onu da xatırladım ki, hazırda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Yəni, inkişafın əsas sütunu neft yox, qeyri-neft sektorudur. Qeyri-neft sahələrində artım dinamikası 3 dəfə böyükdür.

– Məlum olduğu kimi 2022-ci ilin dövlət büdcəsi layihəsi parlamentdə qəbul olundu və dövlət başçısı tərəfindən bu günlərdə təsdiqləndi. Büdcənin əsas prioritetləri hansılardır və ölkəmizin inkişafı baxımından hansı əhəmiyyət kəsb edir?

– 2022-ci ildə dövlət büdcəsi ölkəmizin mühüm dövlət konsepsiyalarına, xüsusilə də yeni çağırışları özündə əks etdirən “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədinə əsaslanır. 2022-ci il ilin dövlət büdcəsi müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsinin təsdiqidir. Belə ki, gələn il Azərbaycanda dövlət büdcəsindən 30 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulurCənab Prezident İlham Əliyevin yeni iqtisadi quruculuq siyasətinin kökündə dövlətin milli inkişafının möhkəmləndirilməsi və birbaşa insan amili dayandığından ölkəmizin artan maliyyə imkanlarının bütün ölkə vətəndaşlarının sosial rifahının və layiqli həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəldilməsi nəzərdə tutulub. 2022-ci ilin dövlət büdcəsi layihəsi məhz bu baxımdan hərtərəfli inkişaf, keyfiyyətli və etibarlı sosial həyatımız üçün töhfəverici maliyyə sənədi hesab edilə bilər. Minimum aylıq əməkhaqqının və pensiyaların, müavinətlərin məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi növbəti büdcə ilinin əsas prioritetləri sırasındadır.

– Aydın müəllim, gələn ilin büdcə zərfində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirilməsi barədə nəzərdə tutulmuş xərclər barədə nə deyərdiniz. Həmin vəsaitlər bölgədə aparılan işlərin maliyyələşdirilməsi üçün yetərli olacaqmı?

– Məlum olduğu kimi Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında yaranmış bir sıra yeni reallıqlarla bərabər, büdcə siyasətinə də yeni baxış formalaşmış, dövlət büdcəsi post-müharibə dövrünün çağırışlarına uyğunlaşdırılmışdır. Bu məqsədlər nəzərə alınmaqla 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat maliyyə vəsaitinin ayrılması təmin edilmişdir. Cari ilin ötən dövrlərində həmin xərc istiqamətləri əsasında böyükhəcmli əhəmiyyətli işlər görülmüşdür. Düşmənin talan etdiyi torpaqlarımızın yenidən qurulması və tarixi simasının bərpası, insanların öz əvvəlki layiqli həyatlarına və yüksək rifaha qaytarılması istiqamətində böyük səylə başlanmış işlər sürətlə davam etdirilmişdir. Ərazilərin minalardan təmizlənməsi, dövlət sərhəd xətlərinin bərpa edilməsi və qorunması, təhlükəsizliyin fasiləsiz, daha da etibarlı təmin edilməsi məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və digər təhlükəsizlik orqanları üçün ən zəruri imkanlar yaradılmış, ilkin zəruri hesab edilən yol-nəqliyyat infrastrukturlarının qurulması, elektrik, rabitə, su, qaz və digər kommunal infrastrukturların və digər bir sıra sosial-mədəni obyektlərin yaradılması, öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı və dayanıqlı məskunlaşmanın əsas tələblərindən biri olan iqtisadi fəaliyyətin bərpası və həmin rayonların Azərbaycan iqtisadiyyatına reinteqrasiyası işləri ardıcıl şəkildə aparılmaqdadır. Möhtərəm Prezident tərəfindən əsası qoyulmuş müasir rəqəmsallaşmanın ən yaxşı nümunələrindən biri olan Zəngilanın Ağalı kəndində inşa edilən “Ağıllı kənd”in yaxın vaxtlarda istifadəyə verilməsi bu bölgəyə tarixi qayıdışın bərpasını və həmin ərazilərin zəngin iqtisadi potensialının iqtisadiyyatımıza qoşulmasına başlamağa imkan verəcəkdir. Bu işlərin qarşıdakı ildə də fasiləsiz və sürətlə həyata keçirilməsi, təhlükəsizlik və müdafiə bölmələri üçün vacib olan bütün zəruri təminatların həllini tapması, müasir infrastrukturların, mühüm xidmət sahələrinin yaradılması, bərpası və yenidənqurma işlərinin yeni səviyyəyə çatdırılması və səmərəliliyinin artırılması, insanların təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi 2022-ci maliyyə ilində öz həllini tapacaqdır. Bunun üçün növbəti ilin büdcə layihəsində 2,2 milyard maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Bu vəsaitlərlə yanaşı, özəl sektorun və xarici şirkətlərin sərmayələrinin cəlbi də nəzərdə tutulur ki, bütün bu maliyyə vəsaitləri azad edilmiş ərazilərdə nəhəng quruculuğun sürətli tempinə tamamilə uyğundur.

Qarşıdakı ildə, milli təhlükəsizliyimzin təminatçısı olan Ordumuzun müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, silahlı qüvvələrinin qüdrətinin daha möhkəmləndirilməsi aktual məsələ olaraq xüsusi əhəmiyyət daşıdığndan büdcədə bu istiqamətdə xərclərin artırılması nəzərdə tutulmuşdur. Hərbi xərclər artırılaraq 4,5 milyard manata çatdırılıb. Bu da Ordumuzun rəşadətli gücünün və ən müasir texnika ilə təminatının həlli üçün kifayət qədər böyük rəqəmdir.

– 2022-ci ilin büdcə paketində ən mühüm prirotetlərin maliyyə təminatının öz əksini tapdığı sosialyönümlü xərclər hansı istiqamətləri əhatə edir?

– Yuxarıda vurğuladığım kimi Azərbaycanda yüksək iqtisadi artım və güclü maliyyə ehtiyatları formalaşqmaqdadırQeyri-neft sektorundakı inkişaf meyilləri həm də ölkəmizin maliyyə-büdcə-vergi sektorlarında artımların təminatınçına çevrilib. 2021-ci ilin 11 ayı ərzində büdcə daxilolmalarında mühüm tendensiyanı görmək mümkündür. Ötən 11 ayda dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları əhəmiyyətli dərəcədə artıb. Bu dövrdə vergi daxilolamaları 8 milyarda çatmışdır və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur, yəni vergi orqanları büdcəyə əlavə olaraq 1,1 milyard manat çox vəsait köçürüb. Eləcə də, gömrük orqanları 11 ayda dövlət büdcəsinə proqnozdan əlavə 400 milyon manat artıq pul ödənişini təmin edib. Beləliklə, vergi və gömrüyün ödədyi əlavə vəsaitin həcmi 1,5 milyard manatdır. Bu da büdcəmizin qeyri-neft gəlirləri hesabına böyüdüyünü göstərir. Həmin vəsaitlər isə, ilk növbədə vətəndaşların sosial rifahına yönəldilir. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsində sosial xərclər üçün güclü maliyyə ehtiyatları yaradılmışdır.

2022-ci ildə eyni zamanda ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 46 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Beləliklə, Azərbaycanda sosial xərclərin ÜDM-də payı əhəmiyyətli dərəcədə artaraq 16 faizdən çox olacaq. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlandda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır.

Sosial xərclər isə ilk növbədə, vətəndaşların sosial müdafiəsinə və rifahının yaxşılaşmasına yönəldiləcəkdir. 2019-cu ildə başlanmış sosial paketin davamı olaraq yeni sosial tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərə əsasən, sosial xərclərin böyük bir hissəsi birbaşa əməyin ödənişi ilə bağlıdır və həmin vəsaitlər ilk növbədə minimum əməkhaqqının, pensiya və maaşların, müavinət və təqaüdlərin artırılmasına yönəldilir. Artıq bununla bağlı qərarlar qəbul olunmuşdur. Cənab Prezident İlham Əliyevin dekbarın 17-də imzaladığı müvafiq sərəmcama əsasən, minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılıb. Minimum əməkhaqının artımı Vahid Tarif Cədvəli (VTC) əsasında bütün pillələr üzrə artmağa imkan verəcəkdir. VTC üzrə işləyənlərin əməkhaqqı artımı 800 min nəfərə şamil olunacaq. Bunun 400 mini dövlət, 400 mini qeyri-dövlət sektorlarını əhatə edir.

Prezidertn İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq. Prezidentin imzaladığı digər sərəncamlara əsasən təhsil işçilərinin maaşı artırılıb. Həmçinin, müavinətlərin artırılması ilə yanaşı, bəzi təqaüdlər də artırılıb. Belə ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə uyğun olaraq, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılıbdır. Bundan başqa, 2022-ci il yanvarın 1-dən etibarən, elm və elmi-tədqiqat sahələrində çalışan şəxslərin və tələbələrin də müavinətləri əhəmiyyətli dərəcədə artırılıbdır. Dövlət başçısının imzaladığı digər sərəncamlara əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarına 20 faizi məbləğində əlavə artımlar olundu. Bundan başqa, daxili işlər orqanlarında çalışan xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin, Daxili Qoşunların həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki şəxslərin, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, eləcə də, Dövlət Gömrük Komitəsinin və Fövqəladıə Hallar Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının maaşları da 20 faiz artırıldı. Bundan başqa, ən mühüm sosial müdafiə tədbirlərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və ya xəstələnmiş əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulubdur. Belə ki, I dərəcə əlilliyi olanlara 8.800 manat, II dərəcə əlilliyə görə 6. 600 manat, III dərəcə əlilliyi olanlara isə 4.400 manat birdəfəlik pul ödənişi təmin ediləcəkdir.

Digər sektorlarda da artımlar nəzərdə tutulmuşdur və onlar da yeni ildən bunu əhəmiyyətli dərəcədə öz sosial həyatlarında hiss edəcəklər. Beləliklə, ölkəmizdə reallaşmaqda olan və 1.5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcəkdir.