DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Helikopter qəzasında “İşçi Nəbiyev” kimi göstərilən şəhid kimdir? – FOTO

1 dəqiqəyə oxunur

Dünən baş verən hərbi helikopter qəzasında adı “İşçi Nəbiyev” kimi göstərilən şəxsin kimliyi məlum olub.

Arazmedia.az xəbər verir ki, həmin şəhidimiz təqaüddə olan polkovnik, “Tərəqqi” və “Hərbi xidmətlərə görə” medal almış  Nəbiyev Elçin Fikrət oğludur. 

O, SSRİ dövründə naviqasiyanın atası, HHMQ və HHQ Baş Qərargah rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Birinci Qarabağ Müharibəsi zamanı o, könüllü olaraq Azərbaycan ordusuna dönərək ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. 

Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir. Çox sadə, çox ağır və son dərəcə həm nəzəri, həm də praktiki cəhətdən peşəkar bir kadr olub.

Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə E.Nəbiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. 

O, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.