Madrid “Real”ının braziliyalı müdafiəçisi Marselo peşəkar karyerasını başa vurmağa hazırlaşır. Arazmedia.az xəbər verir ki, “sambaçı” 2022-ci ilin yayında “kral klubu”ndan yeni müqavilə təklifi almasa, futbolla vidalaşacaq. Qeyd edək ki, 2007-ci ildən “Real Madrid”də çıxış edən Marselo bu mövsüm cəmi 5 oyunda meydanda olub. Share