DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Bu baş verərsə Saakaşvili qəfil ölə bilər” – Həkimlər Şurası

1 dəqiqəyə oxunur

Gürcüstanın keçmiş prezidenti daha 6-7 kq arıqlasa, qəfil ölə bilər”.

Arazmedia.az xəbər verir ki, bu bəyanatla bu gün ölkənin xalq müdafiəçisi Levan İoseliani tərəfindən təyin olunan həkimlər şurası çıxış edib. Bəyanatda qeyd olunur ki, hazırda eks-prezidentin çəkisi təxminən 60 kq-dır. Şura üzvləri vurğulayırlar ki, boyu 195 sm olan Saakaşvili üçün kritik çəki həddi 52-53 kq təşkil edir. Bundan sonra bədəndə geri dönməz dəyişikliklər başlayacaq.

Həkimlər həmçinin siyasətçiyə psixi funksiyalarının əhəmiyyətli dərəcədə azalması və depressiya diaqnozu qoyublar. Bəyanatda deyilir ki, Mixail Saakaşvili təkbaşına palatada hərəkət edə bilmir.

Ədliyyə Nazirliyinin Cəzaların İcrası Departamentinin rəhbərliyi Saakaşvilinin zəhərlənməsi ilə bağlı versiyanı tamamilə rədd edir və onun “vəzifə səlahiyyətlərindən qəsdən istifadə etdiyinə görə” 6 il müddətinə azadlıqdan məhrum edildiyini xatırladır.