DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Ata Abdullayev 7 il azadlıqdan məhrum edildi

1 dəqiqəyə oxunur

Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arazmedia.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Vəkil çıxışda müdafiə etdiyi şəxsə vərilən ittihamların əsassız olduğunu bildirib.

Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirlilən şəxs son sözündə ağlaya-ağlaya cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib. O bildirib ki, başqa müstəvidə günahının nədən ibarət olduğunu bilir, buna görə dəfələrlə üzr istəyib və bir daha da üzr istəyir: “Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam”.

Prosesdə hökm oxunub.

Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.