DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

“Media nümayəndələri ilə müzakirələr davam etdiriləcək”

1 dəqiqəyə oxunur

“Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük”.

Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, hazırda yeganə məqsədimiz Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.

Sədr Sahibə Qafarova bildirib ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla danışıb: “Tarix müəyyənləşdiriləcək və yenə də media nümayəndələri ilə müzakirələr davam etdiriləcək”.