Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Arazmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, 2022-ci ilin əvvəllərində baş tutacaq səfər zamanı strateji səviyyəli danışıqlar aparılacaq. Nazir qeyd edib ki, səfər təhlükəsizlik və Krım məsələsi kontekstində çox önəmlidir. Share