Dövlət Sərhəd Xidmətinin helikopter qəzası ilə bağlı hazırda intensiv zəruri istintaq hərəkətləri icra olunmaqdadır. Arazmedia.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib. O bildirib ki, şahidlərin dindirilməsi, meyitlərin xarici və daxili müayinəsi keçirilib: “Zəruri istintaq hərəkətləri davam etdiriləcək”. Share