Xəbər verdiyimiz ki, dünən dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.
Arazmedia.az xəbər verir ki, onlardan biri – əsgər Ağayev Elçin Mərifət oğlunun nəşi Cəlilabada gətirilib.
Onun nəşi rayonun Soyuqbulaq kəndində ailəsinə təhvil verilib.
Vida mərasimindən sonra şəhidimiz şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.