DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Qanunsuz erməni silahlı dəstələri mövqelərimizi atəşə TUTDU

1 dəqiqəyə oxunur

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.