![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/11/image_2021-11-08_103711.png?resize=600%2C400&ssl=1)
2022-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqının 807,6 manat olacağı proqnozlaşdırılır.
Arazmedia.az-ın məlumatına görə, bu, Hesablama Palatasının İşsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə verdiyi rəydə əks olunub.
Rəydə qeyd edilib ki, 2022-ci il üzrə dövlət büdcəsinin layihəsi ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5% üstələyərək 742,8 manat 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyərək 807,6 manat olacağı qeyd edilib.