DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Hadisə

Polis Lənkəranda əməliyyat keçirdi: Saxlanılanlar var

1 dəqiqəyə oxunur

Lənkəran rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Bir kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində rayon sakini Kərim Rizayev narkotik vasitə heroini satarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə K.Rizayevin həmin narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Mirzəyevdən əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı F.Mirzəyevdən 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.