Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla fotosunu paylaşıb. Arazmedia.az xəbər verir ki, Dövlət başçısının rəsmi “Twitter” hesabından paylaşılan fotoya qeyd edilib: “Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”. Share