Rusiyanın Perm diyarının yaxınlığında məktəblərin birində atışma olub. Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları insidenti törədən şəxsi saxlayıb. Məlumata əsasən, sözügedən şəxs 6-cı sinif şagirdidir. Bildirilir ki, o, odlu silahdan divara və tavana iki atəş açıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatı araşdırılır. Share