“Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib.
Arazmedia.az xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir.
Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibətilə yaradılan xüsusi açıqcaların adıdır.