![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/10/image_2021-10-15_100722.png?resize=620%2C440&ssl=1)
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – nazirlikdən qeyd edilib.