DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Göyçayda karantin qaydalarını pozanlar cərimələndi

1 dəqiqəyə oxunur

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evlərdə keçirilən toy və şənlik mərasimlərində qaydaların pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayonun Cəyirli kəndində Məhəmməd Vahidova məxsus evin həyətində təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Analoji qayda pozuntularına rayonun Hacağabəyli kəndində Elsevər Quluyevə məxsus ünvanda keçirilən şənlik mərasimində də rast gəlinib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.