“Qəbələ”nin futbolçusu Yaovi Akakpo zədələnib. Arazmedia.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi “Səbail”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət alıb. Toqolu oyunçu 50-ci dəqiqədə meydanı xərəkdə tərk edib. Afrikalı futbolçunu iordaniyalı Omar Hani əvəzləyib. Qeyd edək ki, qarşılaşma hələlik hesab açılmayıb. Share